SON XƏBƏRLƏR

Abbas Lisani məhkəməyə çağırıldı

2024.10.11, 10:16
Abbas Lisani məhkəməyə çağırıldı

Keçmiş siyasi məhbus və milli hərəkat fəalı Abbas Lisani məhkəməyə çağırılıb.

Gunaz.tv

Bu barədə onun adına fəaliyyət göstərən sosial media kanalında məlumat yayılıb.

Bildirilib ki, oktyabrın 10-da Ərdəbil şəhərinin İnqilab Məhkəməsinin məhkəmə qərarlarının icrası bölməsi Ə.Lisaniyə elektron çağırış məktubu göndərib.

Məktubda onun 10 gün içində məhkəmənin qeyd olunan bölməsinə cərimə ödəmək üçün getməyi istənilib.

Abbas Lisaninin bundan əvvəl Yəzd şəhərinə 32 aylıq sürgün cəzasına tabe olmaması və Yəzdən geri qayıtması ilə bağlı olduğu ehtimal olunur.

Xatırladaq ki, 31 avqust 2024-cü il tarixində, təhlükəsizlik və polis qüvvələri Abbas Lisaninin Ərdəbil şəhərindəki evinə hücum edib, onu özləri ilə aparıb və sentyabrın 1-də onu məcburi şəkildə Yəzd şəhərinə köçürüblər.

Qeyd edək ki, Abbas Lisani, 21 fevral 2023-cü il tarixində 4 il 2 aylıq həbs cəzasını çəkdikdən sonra, "ümumi amnistiya və cəzaların azaldılması" haqqında fərman əsasında Ərdəbil həbsxanasından azad edilib.

Keçmiş siyasi məhbus məcburi sürgün cəzasını çəkmək üçün Yəzd şəhərinə göndərilsə də,  o, Yəzd şəhərinə çatdıqdan sonra bu cəzanı qanunsuz adlandıraraq Ərdəbilə qayıdıb.

Məhkəmə qərarları ilə bağlı işin vəkili Seyid Məhəmmədrza Fəqihi bildirib ki, əgər cənab Lisani ümumi amnistiya ilə azad edilibsə, Yəzd şəhərindəki məcburi sürgün cəzası da həmin amnistiyaya daxil olmalı idi. 

Bu səbəbdən, milli fəalın azadlığa buraxıldıqdan sonra Yəzd şəhərinə köçürülməsi və cəzasının artırılmasının hüquqi əsası yoxdur.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar