SON XƏBƏRLƏR

Milli fəalın həbs müddəti başa çatdı

2024.10.15, 10:36
Milli fəalın həbs müddəti başa çatdı

Şərqi Azərbaycan əyalətinin Şəbistər bölgəsinin Nadarlı kəndindən olan və Tehrann Evin həbsxanasında saxlanılan milli fəal Əli Rəzizadə Nadarlı 1 illik məhkumluq dövrünü başa vurduqdan sonra sərbəst buraxılıb.

Gunaz.tv

Bu barədə onun yaxınları sosial mediada paylaşım ediblər.

Bildirilib ki, oktyabrın 14-də həbsdən buraxılan fəalı insan haqları və milli-mədəni fəallar qarşılayıblar.

Qeyd edək ki, "pantürkizm qruplaşmasına üzv olmaqla ölkənin milli təhlükəsizliyinə xələl gətirmək"də ittiham edilən Əli Rəzizadə Nadarlı, 29 oktyabr 2023-cü ildə həbs cəzasını çəkmək üçün Evbin həbsxanasına salınıb.

Məhkəmənin qərarına görə, Rəzizadə Nadarlı 1 il həbs cəzasınıın başa çatmasına baxmayaraq, 2 il müddətinə siyasi, ictimai qurumlara üzv ola, sosial mediada fəaliyyət göstərə və ölkədən çıxa bilməz.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar