SON XƏBƏRLƏR

Livan İranın təklifini rədd etdi - Bu qəbuledilməzdir

2024.10.18, 14:03
Livan İranın təklifini rədd etdi - Bu qəbuledilməzdir

BMT-nin Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icrası yalnız Livan hökumətinin səlahiyyətinə daxildir.

Gunaz.tv

Bu sözləri Livanın baş naziri Nəcib Meyqati deyib.

O, İran parlamentinin başçısı Məhəmməd Baqir Qalibafın 1701 saylı qətnamə bağlı təklifinin qəbuledilməz olduğunu söyləyib.

Baş nazir, Hizbullah və İsrail arasında atəşkəs danışıqlarını nəzərdə tutan qətnamənin icrası ilə bağlı İranın hər hansı müdaxiləsinə qarşı olduqlarını bildirib.

Qeyd edək ki, İran parlamentinin başçısı Məhəmməd Baqir Qalibaf Fransanın Fiqaru qəzetinə müsahibəsində İranın adı çəkilən qətnamənin həyata keçirilməsində Frasa ilə müzakirələr aparmağa hazır olduğunu bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar