SON XƏBƏRLƏR

İran məhkəməsi bəhai qadınları cəzalandırdı

2024.10.21, 10:43
İran məhkəməsi bəhai qadınları cəzalandırdı

İranın İsfahan şəhərinin İnqilab Məhkəməsi bundan əvvəl həbs edilən 10 bəhai qadın barəsində həbs qərarı çıxarıb.

Gunaz.tv

Bu barədə beynəlxalq Bəhai İcması məlumat yayıb.

"Hökumət əleyhinə təbliğat", "İran rəhbəri və inqilabın banisini təhqir etmək" və "İslamın şəriətinə zidd missionerlik fəaliyyətlərdə iştirak etmək"də günahlandırılan bəhai xanımlar barədə ümumilikdə 90 il həbs qərarı çıxarlıb.

Bununla yanaşı onlar cərimə cəzasına da məhkum edilib, bəzilərinin əmlaklarının dövlət hesabına müsadirə olunmasına qərar verilib.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran konstitutsiyası bəhai dinini rəsmən tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai dininə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar