SON XƏBƏRLƏR

İran Prezidenti Putinə təşəkkür etdi

2024.10.24, 13:19
İran Prezidenti Putinə təşəkkür etdi

Kazanda səfərdə olan İran Prezidenti Məsud Pezeşkian Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Gunaz.tv

Bu barədə İran mətbuatı məlumat yayıb.

Məlumata görə, görüş Pezeşkianın BRİCS iclasında iştirak etmək üçün Kazana etdiyi səfər çərçivəsində baş tutub.

İki ölkə Prezidentləri arasında tək bə tək görüş keçirilib və Pezeşkian Rusiyanın İrana verdiyi dəstəyə görə Vladimir Putin təşəkkürünü bildirib.

"Sizin dəstəyinizlə BRİKS-in, eləcə də Avrasiya və Şanxayın daimi üzvü olduq. Dəstəyinizə görə təşəkkür edirəm”,- Pezeşkian deyib.

O, İran ilə Rusiya arasındakı münasibətlərin strateji olduğunu və geri dönüşü olmayan istiqamətdə inkişaf etdiyini söyləyib.

Xatırladaq ki, bir müddət əvvəl İran mediası və bir sıra rəsmiləri Rusiyanın Birləşmiş Ərəb Əmirliklərinin İran nəzarətində olan 3 adanın geri qaytarılması tələbinə verdiyi dəstəyə xəyanətkar adlandırıblar.

Onlar İran-Rusiya münasibətlərinin müvəqqəti olaraq hakim şərayitə görə yaxınlaşdığını və Moskvanın İrana güvənmədiyini bildiriblər.

Qeyd edək ki, İranın başqa müttəfiqi Çin də Birləşmiş Ərəb Əmirliklərinin körfəzdə yerləşən Böyük Tunb, Kiçik Tunb və Əbumusa adalarının geri qaytarılması tələbinə dəstək verib.

GünazTV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar