SON XƏBƏRLƏR

İrana qarşı qəti addım atılsın - Almaniyalı jurnalistlər 

2024.10.25, 09:46
İrana qarşı qəti addım atılsın - Almaniyalı jurnalistlər 

Rəsmi Berlin İranın jurnalistlərə və söz azadlığına qarşı olan hərəkətlərinə laqeyd qalmamalıdır.

Gunaz.tv

Bu, Almaniya Jurnalistlər Birliyinin bəyanatında yazılıb.

Almaniyalı jurnalistlər İran məhkəməsinin jurnalist Nilufər Hamidi və İlahə Məhəmmədini 5 il azadlıqdan məhrm etməsini pisləyiblər.

"Almaniya Xarici İşlər Nazirliyi İranla bağlı qəti diplomatik addım atmalıdır",- bəyanat müllifləri qeyd ediblər.

Qeyd edək ki, "Şərq" və "Həm Mihən" qəzetlərinin əməkdaşları olan Nilufər Hamidi və İlahə Məhəmmədi 2022-ci ilin sentyabrından başlayan etiraz aksiyalarını işıqlandırdıqlarına görə həbs ediliblər.

"Ölkənin milli təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq", "hakimiyyət əleyhinə təbliğat aparmaq"da günahlandırılan jurnalistlərin hər biri5 il azadlıqda məhrum edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar