SON XƏBƏRLƏR

7 nəfərə şallaq cəzası verildi

2024.10.26, 14:13
7 nəfərə şallaq cəzası verildi

İranın Kirman əyalətinin Faryab şəhərində heyvan oğurluğunda ittiham olunan 7 nəfər barədə həbs və şallaq qərarı çıxarılıb.

Gunaz.tv

Bu barədə İranın "Rokna" saytı mlumat yayıb.

Bildirlib ki, məhkumlar barədə ümumilikdə 45 ay həbs cəzası verilməklə yanaşı onların hər birinə 74 şallaq vurulması barədə də qərar çıxarılıb.

Qeyd edək ki, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt şallaq cəzasını qeyri-insani və ləyaqəti alçaldan cəza növü kimi dəyərləndirib, icrasını qadağan edib.

Buna baxmayaraq, İran hələ də alçaldıcı və qadağan edilmiş cəzalardan istifadə edən azsaylı ölkələrdən biridir.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar