SON XƏBƏRLƏR

İranda silahlı hücum- 10 polis öldürüldü

2024.10.26, 16:04
İranda silahlı hücum- 10 polis öldürüldü

İranın Sistan və Bəlucistan əyalətinin Təftan rayonunun Qohərkuh bölgəsində 10 İran polisi öldürülüb.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, hadisə naməlum silahlı şəxslərin iki polis avtomobilə hücumu nəticəsində meydana gəlib.

İranın daxili işlər naziri İsgəndər Mömüni hadisənin araşdırılması ilə bağlı yüksək rütbəli zabitlərdən ibarət istintaq qrupunun yaradıldığını deyib.

Silahlı hücumun məsuliyyətini hələlik heç bir təşkilat öz üzərinə götürməyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar