SON XƏBƏRLƏR

SEPAH Sistan və Bəlucistanda əməliyat keçirib - Ölənlər var

2024.10.28, 10:13
SEPAH Sistan və Bəlucistanda əməliyat keçirib - Ölənlər var

SEPAH Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinin yaxınlığında əməlyyat keçirib.

Gunaz.tv

Bu barədə ölkənin rəsmi dövlət mediası məlumat yayıb.

Serkal rayonunun Kurin bölgəsində PUA-lar vasitəsilə keçirilən əməliyat nəticəsində 3 nəfərin öldürüldüyü bildirilib.

SEPAH və Daxili İşlər Nazirliyi öldürülən şəxslərin iki gün əvvəl 10 polis əməkdaşının ölümü ilə nəticələnən silahlı hücumda iştirak etdiklərini deyib.

SEPAH-a məxsus PUA-larla həyata keçirilən əməliyyatda öldürülənlərin kimliyi və hansı təşkilata mənsub olduqları barədə açıqlama verilməyib.

Qeyd edək ki, iki gün əvvəl Sistan və Bəlucistan əyalətinin Təftan rayonunun Qohərkuh bölgəsində iki polis avtomobilinə silahlı basqın nəticəsində 10 polis əməkdaşı öldürülüb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar