SON XƏBƏRLƏR

Milli fəal məhkəməyə çağırıldı

2024.10.28, 11:00
Milli fəal məhkəməyə çağırıldı

Təbrizdə yaşayan milli fəal Fərhad Pakruhun atası Cəbrayıl Pakruh yenidən məhkəməyə çağırılıb.

Gunaz.tv

Bu barədə onun yaxınları məlumat yayıb.

Məhkəmənin elektron sistemi vasitəsilə göndərilən məktubda, Cəbrayıl Pakruhdan oktyabrın 29-da Təbrizin İkinci Cəza Məhkəməsinin 109-cu bölməsində olması istənilib.

Çağırış məktubunda onun "yalan məlumatlar yaymaq"da günahlandırıldığı bildirilib.

Qeyd edək kİ, bundan əvvəl təhlükəsizlik məmurları Cəbrayıl Pakruhu döyüb və həbs ediblər.

Təbriz həbsxanasına salınan milli fəal bir müddət saxlanıldıqdan sonra o mayın 14-də 100 milyon tümənlik girov qarşılığında müvəqqəti azad edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar