SON XƏBƏRLƏR

Azərbaycanlı məhkumların barmaqları kəsildi

2024.10.30, 10:03
Azərbaycanlı məhkumların barmaqları kəsildi

Dünən oktyabrın 29-da Urmu şəhərinin mərkəzi həbsxanasında oğurluqda günahlandırılan iki məhkumun barmaqları kəsilib.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Bildirilib ki, Urmu İnqilab Məhkəməsinin çıxardığı qərara görə Şəhab və Mehrdad Teymuri adlı qardaşların sağ əllərinin 4 barmağı amputasiya olunub.

Bununla yanaşı oğurluqda ittiham olunan daha 5 məhkumunda əl barmaqlarının kəsilməsi barədə çıxarılan qərarın icra olunacağı gözlənilir.

Qeyd edək ki, bir müddət əvvəl Beynəlxaql Əfv Təşkilatı İran həbsxanalarında bədən əzalarının kəsilməsi cəzası ilə bağlı bəyanat yayıb və buna görə İran hökumətini qınayıb.

"Bu amputasiyalar xüsusilə İran hakimiyyətinin insan haqları və insan ləyaqətinə hücumunun dəhşətli təzahürüdür. Amputasiya cəzası məhkəmə hökmü ilə həyata keçirilən işgəncədir və bu  cinayət hesab edilir",- deyə bəyanatda bildirilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar