SON XƏBƏRLƏR

Avropa Birliyi Almaniya vətəndaşına görə İrana etiraz etdi

2024.10.30, 11:36
Avropa Birliyi Almaniya vətəndaşına görə İrana etiraz etdi

Oktyabrın 29-da İranəsilli Almaniya vətəndaşı Cəmşid Şarməhdin edam edilməsindən sonra Avropa Birliyi İran hökumətinə qarşı daha ciddi və məqsədyönlü addımların atılacağını bildirib.

Gunaz.tv

Bu barədə AB-nin bəyanatında deyilir.

Şarməhdin edamını qorxulu hadisə adlandıran AB, bunun İranla Avropa Birliyi arasındakı münasibətlərə ciddi zərbə vuracağını diqqətə çatdırıb.

Bəyanatda İranın Avropa vətəndaşlarını saxta ittihamlarla həbs edərək onların azad edilməsi qarşılığında siyasi imtiyazlar almaq niyyətində olduğu bildirilib və Tehrandan buna son verəsi istənilib.

Qeyd edək ki, 68 yaşlı Şarməhd 2003-cü ildən Kaliforniyada yaşayıb. 2020-ci ilin iyul ayında Dubaya səfər edərkən İran təhlükəsizlik məmurları tərəfindən qaçırılaraq İrana köçürülüb.

O, "Tondər" qrupuna başçılıq etməkdə və Şiraz şəhərinin məscidlərindən birində törədilən partlayışı planlaşdırmaqda günahlandırılaraq 2023-cü ilin fevral ayının 21-də ölüm cəzasına məhkum edilib.

Aprelin 24-də İran Ali Məhkəməsi Cəmşid Şarməhd barədə çıxarılan ölüm hökmünü təsdiq edib.

Cəmşid Şarməhdin ailəsi və insan haqları müdafiə təşkilatları İran məhkəməsinin irəi sürdüyü ittihamların saxta olduğunu bildiriblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar