SON XƏBƏRLƏR

İran yeni hücumla hədələdi, İsrail xəbərdarlıq etdi

2024.10.31, 09:39
İran yeni hücumla hədələdi, İsrail xəbərdarlıq etdi

İran İsrailin hücumuna ABŞ-də prezident seçkilərindən əvvəl cavab verə bilər.

Gunaz.tv

Bu barədə CNN telekanalı məlumat yayıb.

Telekanalın versiyasına görə, bu, Tehranın İsrail hücumunun uğursuz olduğunu göstərmək üçün ilkin strategiyasından imtina etdiyini göstərir.

Tehran rəsmiləri isə İsrailin oktyabrın 26-da İrana hava hücumlarına mütləq cavab veriləcəyi barədə təhdidlərini təkrar ediblər. 

Bununla eyni vaxtda İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi İrana yenidən xəbərdalıq edib.

O, İrandan yeni bir hücum olacağı təqdirdə, İsrailin əvvəllər istifadə etmədiyi imkanlardan istifadə edəcəyini, hələ hücum etmədiyi hədəfləri vuracağını bildirib.

Qeyd edək ki, oktyabrın 26-da İsrailin İranın hərbi təsisatlarına hava hücumu nəticəsində bu ölkənin hava hücumundan müdafiə sistemlərinin əhəmiyyətli hissəsi məhv edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar