SON XƏBƏRLƏR

Pezeşkianı dəstəkləyən vəkil məhkəməyə çağırılıb

2024.11.01, 15:09
Pezeşkianı dəstəkləyən vəkil məhkəməyə çağırılıb

İranda prezident seçkiləri ərəfəsində Məsud Pezeşkiana dəstək çıxışları edən vəkil, ictimai fəal və Universitet müəllimi Möhsün Burhani yenidən məhkəməyə çağırılıb.

Gunaz.tv

Bu barədə o özünü sosial emdia hesabında məlumat yayıb.

Professor bildirib ki, bundan əvvəl seçkilər zamanı Məsud Pezeşkianın təbliğat və təşviqat kampaniyasında etdiyi çıxışa görə barəsində cinayət işi açılıb.

"Qum şəhərinin SEPAH-nın təhlükəsizlik bölməsi Məsud Pezeşkiana dəstək kampaniyasındakı çıxışıma görə barəmdə cinayət işi açıb və məni "ictimai rəyi çaşdırmaq"da günahlandırıb",- Burhani bildirib.

Qeyd edək ki, Möhsün Burhani həmin çıxışında ölkədə söz və fikir azadlığının olmadığını deyib.

O, ötən il isə hökumətin repressiyalarını, xüsusən müəllim və tələbələrə qarşı təzyiqlərini tənqid etdiyinə görə Universitetdən qovulub.

Burhani həm də, 2022-ci ildə ümumi etirazlar zamanı hökumətin repressiyalarına qarşı çıxdığına görə məhkumluq dövrü yaşayıb. 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar