SON XƏBƏRLƏR

Məcburi hicaba etiraz edən qız dəlixanaya yerləşdirildi - Beynəlxalq təşkilat bəyanat yaydı

2024.11.06, 11:06
Məcburi hicaba etiraz edən qız dəlixanaya yerləşdirildi - Beynəlxalq təşkilat bəyanat yaydı

Məcburi hicab qaydalarının tətbiqinə etiraz əlaməti olaraq universitetin həyətində paltarlarını soyunan tələbə qız psixiartiya xəstəxanasına köçürülüb.

Gunaz.tv

Bu barədə Məsud Pezeşkian hökumətinin sözçüsü Fatimə Mühacirani məlumat yayıb.

Məumatın yayılmasından sonra Beynəlxalq Əfv Təşkilatı məsələ ilə bağlı bəyanat yayıb.

Bəyanatda dəlixanaya salınan qızın vəziyyətindən narahatlıq ifadə olunub və İran hökumətindən onun dərhal azad edilməsi istənilib.

Qeyd edək ki, Tehran Azad Universitetinin Fransız dili və ədəbiyyatı institunun tələbəsi olan Ahu Dəryayi noyabrın 2-də məcburi hicab qaydalarının tətbiqinə etiraz olaraq paltarlarını soyunub və alt paltarı ilə Universitet həyətində gəzməyə başlayıb.

Polislər onu bölməyə, oradan isə psixiartiya xəstəxanasına aparıblar.

Məsud Pezeşkian hökumətinin sözçüsü fatimə Mühaciranı Ahu Dəryayinin psixi xəstəlikdən əziyyət çəkdiyini iddia edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar