SON XƏBƏRLƏR

Nüfuzlu müctəhid İrana qarşı bəyanat verdi

2024.11.06, 13:56
Nüfuzlu müctəhid İrana qarşı bəyanat verdi

İslam dünyasının, xüsusən şiələrin nüfuzlu din xadimi və müctəhid Ayətullah Seyyid Əli Sistani İraqda silahlı qruplaşmalarla bağlı bəyanat yayıb.

Gunaz.tv

Bu barədə müctəhidin ofisi məlumat verib.

Din xadimi İraqda silahların yalnız dövlət qüvvələrinin əlində olmasını və dövlətin nəzarətindən qıraqda olan qruplaşmaların tərk-silah edilmələrini istəyib.

Qeyd edək ki, son günlər İranın İsrailə hücum etmək üçün İraqda özünə bağlı qruplaşmalara PUA və raketlər verdiyi və İraqdakı proksi qüvvələri ilə birgə İsrailə hücum etməyi planlaşdırdığı bildirilib.

Ehtimal edilir ki, adətən nadir hallarda cari siyasi məsələlərə münasibət bildir Ayətullah Sistaninin bu bəyanatı İranın İraqdakı nüfuzunun və İraqı İsraillə müharibəyə cəlb etmək səylərinin qarşısının alınmasına hesalanıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar