SON XƏBƏRLƏR

SEPAH-ın keçirdiyi əməliyyatlarda ölən və yaralananların son sayı açıqlandı

2024.11.12, 11:13
SEPAH-ın keçirdiyi əməliyyatlarda ölən və yaralananların son sayı açıqlandı

SEPAH-ın Sistan və Bəlucistan əyalətində oktybrın 26-dan başladığı və noyabrın 11-ə kimi davam edən "Şühədayi əmniyyət" (Təhlükəsizlik şəhdləri) əməliyyatı nəticəsində ümumilikdə 45 nəfər ölüb və yaralanıb.

Gunaz.tv

Bu barədə Bəluç Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, əyalətin Rask, Təftan və Səravan bölgələrində 19 hökumət məmuru həlak olub.

Onların 2-i SEPAH-ın yüksək rütbəli komandirləri olub və Səravan bölgəsində helikopterin qəzaya uğraması nəticəsində ölüblər.

Bununla yanaşı baş əməliyyat və hərbi təlim zamanı etnik bəluçların silahlı qruplaşması olan "Ceyş əl-Ədl" ilə qarşıdurmada SEPAH-ın 5 yerli üzvü həyatını itirib.

Hadisələr nəticəsində həmçinin "Ceyş əl-Ədl" və "Ənsar əl-Furqan" qruplaşmalarının 18 üzvü öldürülüb, 4-ü isə yaralanıb.

Eyni halda Rask rayonunun Firuzabad bölgəsində "Ceyş əl-Ədl" silahlı qruplaşması ilə SEPAH üzvləriarasında baş verən qarşıdurma zamanı bir ailənin 4 mülki üzvü öldürülüb.

Məlumatlara görə, qeyd olunan müddət ərzində qarşıdurmalar nəticəsində çox sayda SEPAH üzvü yaralanıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar