SON XƏBƏRLƏR

AB İran gəmiçiliyinə sanksiya tətbiq edəcək

2024.11.16, 12:36
AB İran gəmiçiliyinə sanksiya tətbiq edəcək

Avropa Birliyinin yeni sanksiya layihəsi göstərir ki, bu təşkilat İranın Rusiya ilə hərbi əməkdaşlığı ilə bağlı bir neçə yeni şəxs və quruma sanksiya tətbiq etməyə çalışır.

Gunaz.tv

Bu barədə "Azad Avropa" radiosu məlumat yayıb.

Bildirilib ki, noyabrın 18-də səsverməyə çıxarılacaq sanksiyanın hədəfləri arasında İranın Gəmiçilik Qrupu da var.

Avropa Birliyi hesab edir ki, qrup illərdir hərbi yüklərin daşınmasında iştirak edib.

Qeyd edək ki, İran İslam Respublikasının Gəmiçilik Qrupu, IRISL, daha əvvəl 2020-ci ildə ABŞ tərəfindən sanksiyaya məruz qalmışdı. 

Avropa Birliyi də 2013-cü ildə bu İranın nüvə proqramı ilə əməkdaşlıq etdiyinə görə bu quruma sanksiya tətbiq edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar