SON XƏBƏRLƏR

Nərgiz Məhəmmədiyə görə BMT-yə müraciət edildi

2024.11.19, 10:19
Nərgiz Məhəmmədiyə görə BMT-yə müraciət edildi

Nərgiz Məhəmmədinin Azadlığı Uğrunda Ümumdünya Alyansı siyasi məhbusun azad edilməsi üçün Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının müdaxiləsini tələb edən müraciət yayıb.

Gunaz.tv

40 insan haqları təşkilatının imzaladığı müraciətdə Tehranın Evin həbsxanasında saxlanılan güney azərbaycanlı hüquq müdafiəçisi və Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədinin salıq durumunun ağır olduğuna diqqət çəkiblər.

Məhəmmədinin həyatının təhlükədə olduğu barədə xəbərdarlıq edən təşkilatlar İnsan Hüquqları Şurasından onun tibbi məzuniyyətə buraxılması və müalicəsinin təmini üçün İran hökumətinə təzyiq göstərilməsini tələb ediblər.

Nərgiz Məhəmmədinin vəkili Mustafa Nilinin verdiyi məlumata görə, o, bir neçə gün əvvəl ayağındakı sümük şişinə görə xəstəxanaya köçürülüb və əməliyyatdan dərhal sonra yenidən həbsxanaya qaytarılıb.

Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində anadan olan və 2023-cü il Nobel Sülh Mükafatını alan Nərgiz Məhəmmədi  bundan əvvəl müxtəlif ittihamlara görə 12 il 3 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

Bir həftə əvvəl isə Tehranın Cinayət Məhkəməsi, edam cəzalarının dayandırılması tələbi ilə həbsxanada keçirdiyi etiraz aksiyasına görə Nərgiz Məhəmmədiyə daha 6 ay həbs cəzası verib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar