SON XƏBƏRLƏR

Xaməneinin müşaviri - Dəstəkləyəcəyik

2024.11.24, 13:39
Xaməneinin müşaviri - Dəstəkləyəcəyik

Beynəlxalq səhnə mühüm dəyişikliyin astanasındadır.

Gunaz.tv

Bunu İran rəhbəri Əli Xaməneinin müşaviri Əli Əkbər Vilayəti deyib.

"İslam Respublikası müqavimət cəbhəsini güclü şəkildə dəstəkləməyə davam edir və İran mərkəzli müqavimət qrupu keçmişdə olduğu kimi İsrailə qarşı vuruşur",- müşavir bildrib.

Qeyd edək ki, İran hakimiyyətinin ədəbiyyatında “Müqavimət Cəbhəsi” regionda Tehrana bağlı silahlı qruplaşmalara deyilir.

Vilayətinin bu bəyanatı Atom Enerjisi üzrə Beynəlxaq Agentliyin Rəhbərlər Şurasının İranın mülki məqsədlərə xidmət edəcəyi şübhə doğuran nüvə proqramına qarşı qətnamənin təsdiqindən sonra səsləndirilib.

Qətnamənin təsdiqindən sonra, İran rəsmiləri proksi qruplaşmalara dəstək və uranın zənginləşdirməsinin artırılacağı barədə təhdidamiz bəyanatlarını artırıblar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar