SON XƏBƏRLƏR

İran rəhbərinin müavini Rusiyaya səfər edib

2024.12.04, 12:36
İran rəhbərinin müavini Rusiyaya səfər edib

İranın rəhbəri Əli Xaməneinin beynəlxalq məsələlər üzrə müavini Möhsün Qumi Moskvaya səfər edib.

Gunaz.tv

Bu barədə İranın Rusiyadakı səfirliyi məlumat yayıb.

“Ayətullah Möhsün Quminin rəhbərlik etdiyi heyət bu gün Moskvaya gəlib və onu İranın Rusiyadakı səfiri Kazım Cəlali qarşılayıb”, - məlumatda deyilir.

Qumi Rusiyaya qısamüddətli səfəri zamanı Rusiya dini liderləri və Rusiyada yaşayan iranlı tələbələrlə görüşlər keçirəcək.

Səfərin Rusiyada yaşayan müsəlmanlar arasında İranın ideoloji təbliğatının genişləndirilməsi məqsədi ilə həyata keçirldiyi ehtimal edilir.

ABŞ Maliyyə Nazirliyi 2018-ci ildə Möhsün Qomini İran hökumətinin regionda və dünyada sabitliyi pozan məqsədlərinə xidmət etdiyinə görə sanksiyalar siyahısına əlavə edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar