SON XƏBƏRLƏR

Nərgiz Məhəmmədini həmişəlik azad edin - Nobel Sülh Komitəsi 

2024.12.05, 11:23
Nərgiz Məhəmmədini həmişəlik azad edin - Nobel Sülh Komitəsi 

Hüquq müdafiəçisi, siyasi məhbus və 2023-cü il Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədinin tibbi məzuniyyətə buraxılmasından sonra Nobel Komitəsi bəyanat yayaraq İran hakimiyyət orqanlarından onu həmişəlik olaraq azad etməyi tələb edib.

Gunaz.tv

Bu barədə Norveçin paytaxtı Osloda keçirdiyi mətbuat konfransında Nobel Sülh Komitəsinin rəhbəri Yürgen Vatten Friedens deyib.

"Biz İran hakimiyyətini Məhəmmədinin həbsinə həmişəlik son qoymağa və onun xəstəlikləri üçün adekvat müalicə almasını təmin etməyə çağırırıq",- o, vurğulayıb.

Xatırladaq ki, hüquq müdafiəçisi dekabrın 4-də 8 milyard 500 milyon tümən (90 min dollar) girov qarşılığında 21 gün müddətinə tibbi məzuniyyətə buraxılıb.

Güney Azərbaycanın Zəncan şəhərində anadan olan və 2023-cü il Nobel Sülh Mükafatını alan 52 yaşlı Nərgiz Məhəmmədi  bundan əvvəl müxtəlif ittihamlara görə 12 il 9 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar