SON XƏBƏRLƏR

İran "Hələb qəssabı"nı Suriyaya göndərdi

2024.12.05, 15:06
İran "Hələb qəssabı"nı Suriyaya göndərdi

"Hələb qəssabı" adlandırılan SEPAH komandiri Cavad Qaffari, Suriyadakı SEPAH qüvvələrinə və İranın bu ölkədəki proksi qruplarına rəhbərlik komandanlıq etmək üçün Suriyaya göndərilib.

Gunaz.tv

Bu barədə "Ələrəbiyyə" məlumat yayıb.

Qeyd edək ki, Qaffari, Suriyaya İran benzini və dizelinin qaçaqmalçılığına və İsrail vətəndaşlarına qarşı uğursuz sui-qəsdlərə rəhbərlik edib.

Cavad Qəffari Qasım süleymani dövründə Hələb şəhərində minlərlə mülki şəxsin öldürülməsindəki roluna görə, "Hələb qəssabı" ləqəbini qazanıb.

O, 3 il əvvəl özbaşına hərəkətləri səbəbindən Bəşar Əsədin qəzəbinə tuş gəlib və Suriyadan qovulmuşdu.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar