SON XƏBƏRLƏR

İran İsraillə bizim ortaq düşmənimizdir - Əbu Əbdu

2024.12.06, 14:03
İran İsraillə bizim ortaq düşmənimizdir - Əbu Əbdu

Bizdə İsrail kimi cinayətkar İran rejimi və ona bağlı şəbəkələrlə mübarizə aparırıq, İran İsraillə bizim ortaq düşmənimizdir.

Gunaz.tv

Bunu Hələbdə Bəşər Əsəd rejiminə qarşı döyüşən silahlı qrupun komandiri Əbu Əbdu xarici telekanallara müsahibəsində deyib.

“Donald Trampın ABŞ prezidenti seçilməsi ilə İsrail və ABŞ-yə rəğbətimiz artıb və biz bu iki ölkənin İran İslam Respublikasının bölgədə və bütün dünyada terrorizmi dəstəkləməsinə qarşı hərəkətlərinə diqqət yetiririk”,- Əbdu əlavə edib.

O, həmçinin İranı və onun əlaltılarını, o cümlədən Livan Hizbullahı və Bəşər Əsəd rejimini “tarixi İran imperiyasının şanlı dövrü"nə qayıtmaq arzusunda olan cinayətkar varlıqlar adlandırıb.

"Ancaq hamımız birlikdə onlara qarşı mübarizə aparsaq, İran və dəstəkçiləri bu istəklərinə çata bilməyəcək",- Əbu Əbdu müxtəlif qrupları birləşməyə çağırıb.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar