SON XƏBƏRLƏR

Ceyhun Bayramov Vatikan rəsmisini Ermənistanın kütləvi hərbiləşdirilməsi barədə məlumatlandırıb

2024.12.16, 16:21
Ceyhun Bayramov Vatikan rəsmisini Ermənistanın kütləvi hərbiləşdirilməsi barədə məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 16-da Bakıya səfəri çərçivəsində Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi arxiyepiskop Pol Riçard Qallager ilə görüşüb.

Gunaz.tv

Tərəflər arasında baş tutan təkbətək görüş daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Geniştərkibli görüşdə Azərbaycan və Müqəddəs Taxt-Tac arasında mövcud ikitərəfli, habelə çoxtərəfli əməkdaşlığın inkişaf perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Ceyhun Bayramov Azərbaycanın təşəbbüsü ilə başladılan sülh gündəliyinin irəlilədilməsi istiqamətində vacib irəliləyişlərin əldə olunmasına baxmayaraq, Ermənistan Konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycan əleyhinə ərazi iddialarının davam etdirilməsinin, habelə bu ölkənin sürətli silahlandırılmasının regional sülh və təhlükəsizliyə təhdid törətdiyi qeyd edib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar