SON XƏBƏRLƏR

İran səfiri Zəngəzura gedir

2024.12.17, 10:26
İran səfiri Zəngəzura gedir

İranın Ermənistandakı səfiri Mehdi Sübhani Zəngəzur bölgəsinə səfər etməyə hazırlaşır.

Gunaz.tv

Bu barədə səfirin Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyanla görüşdə razılıq əldə edilib.

Tərəflər regiona birgə getmək, yolun, eləcə də üçüncü İran-Ermənistan elektrik ötürücü xəttinin tikintisinin gedişatına nəzarət etmək barədə razılaşıblar.

Görüşdə M.Sübhani Ermənistanla geniş əməkdaşlıq gündəliyinin və mövcud tərəfdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu da vurğulayıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar