SON XƏBƏRLƏR

TRT Türkiyə dövlət televiziyasının fars dili bölməsi işə başlayıb

2024.12.18, 11:56
TRT Türkiyə dövlət televiziyasının fars dili bölməsi işə başlayıb

TRT Türkiyə dövlət televiziyasının fars dili bölməsi bu gün rəsmən fəaliyyətə başlayıb.

Gunaz.tv

Açılış mərasimində çıxış edən Türkiyənin Prezident Adminstrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin direktoru Fəxrəddin Altun TRT-nin media sahəsində cazibə mərkəzinə çevrildiyini deyib.

Fəxrəddin Altunun sözlərinə görə TRT farscanın işə başlaması farscanı anlayan yüz milyondan artıq insan üçün dəqiq və qərəzsiz xəbərlərin əldə olunması üçün imkan yaradacaq.

"İndi gerçəkləri üzə çıxarmaq və onları dilə gətirmək vaxtıdır" - deyə o fikirlərinə əlavə edib.

Qeyd edək ki, açılış mərasimindən İran rəsmilərindən, yaxud səfirlik nümayəndələrindən heç kəs iştirak etməmişdi.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar