SON XƏBƏRLƏR

İran yeni terror təşkilatı yaratdı

2024.12.18, 15:06
İran yeni terror təşkilatı yaratdı

İran İraqda müdaxiləsini genişləndirmək məqsədi ilə İraqın şimalında, kürdlər yaşayan bölgədə yeni terror qrupu yaradıb.

Gunaz.tv

Bu barədə SEPAH-a bağlı mediada məlumat yayılıb.

Məlumatlarda "İnqilabçı Kürdüstan Hizbullahı" (Hizbullahi Şürişgəri Kurdestan) adlı qruplaşmanın məqsədinin İsrailə qarşı mübarizə aparmaq olduğu bildirilib.

İran tərəfi İraq kürdlərindən ibarət təşkilatın Tehrana bağlılığı ilə bağlı rəsmi açıqlama verməsə də, SEPAH-a bağlı sosial media bu barədəki xəbəri geniş yayıb.

Siyasi şərhçilərin bildirdiyinə görə, həmin qruplaşma İranın İraqda, xüsusən bu ölkənin şimalında müdaxiləsinin güclənməsinə xidmət edir.

Onlar İran hakimiyyətinin bu qruplaşmadan həm də, İraqda İrana müxalif şəxs və təşkilatlara qarşı terror aktlarının həyata keçirilməsində istifadə olunacağından narahatlıqlarını ifadə ediblər.

Təşkilatın yaydığı loqodan İran, SEPAH və Livanın Hizbullah terror təşkilatı ilə ideolojik oxşarlıqları məlum olur.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar