SON XƏBƏRLƏR

Amerika İrana qarşı yeni sanksiyakar tətbiq edib

2024.12.20, 09:49
Amerika İrana qarşı yeni sanksiyakar tətbiq edib

Amerika Maliyyə Nazirliyi İranın neft və neft-kimya biznesi ilə bağlı dörd müəssisə və üç gəmiyə qarşı yeni sanksiyalar elan edib.

Gunaz.tv

Bu barədə nazirliyin bəyanatında bildirilib.

"İran bu sahədən əldə etdiyi gəlirlərdən nüvə proqramının inkişafına və Yəmən husiləri də daxil olmaqla terrorçu qüvvələrə dəstək üçün istifadə edir və yeni sanksiyalar bunun qarşısını almaq üçün davam edən səylərin bir hissəsidir",- bəyanatda qeyd olunub.

Amerika Maliyyə Nazirliyinin bəyanatına görə, sanksiyalar 2024-cü il oktyabrın 1-də Tehranın İsrailə hücumdan və son vaxtlar nüvə fəaliyyətlərinin artmasından sonra İranın gizli neft şəbəkəsinə qarşı daha geniş mübarizənin davamıdır.

Bu addım 10 qurum və 17 gəminin daxil olduğu oktyabr sanksiyalarına və 21 gəmi və 14 qurumun dondurulmuş əmlak kimi müəyyən edildiyi dekabr sanksiyalarına əsaslanır.

Xəzinədarlıq katibinin müavini Bredley T. Smit deyib ki, "İran nüvə proqramını maliyyələşdirmək, silah sistemlərini yaymaq və proksi qüvvələri dəstəkləmək üçün gizli gəmilər, şirkətlər və vasitəçilər şəbəkəsinə arxalanmağa davam edir".

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar