SON XƏBƏRLƏR

Təbrizli siyasi məhbus işgəncə edilib

2024.12.23, 11:43
Təbrizli siyasi məhbus işgəncə edilib

1 aydan çoxdur Təbriz həbsxanasında saxlanılan ictimai fəal, siyasi məhbus Yaşar Təbrizi (Əkbər Quluzadə) işgəncə edilib və səhhətində ciddi problemlər yaranıb.

Gunaz.tv

Bu barədə onun ailəsi məlumat yayıb.

"Yaşar 33 gün xəbərsizlikdən sonra dekabrn 22-də qısa telefn əlaqəsi saxlayaraq həbsxanada fiziki və psixi işəgncələrə məruz qaldığını bildirib",- məlumatda deyilir.

Onun yaxınlarının həbsxanadakı mənbələrə istinadən bildirdiyinə görə, ictimai fəal işgəncə edilməsinə etiraz olaraq qur aclıq aksiyası keçirib.

Günlərlə aclıq edən Yaşar huşunu itirdikdən sonra həbsxananın tibb məntəqəsinə köçürülüb.

Azərbaycanlı fəalın ailəsi bildrib ki, onun həyatına görə, Təbriz həbsxanasının rəhbərliyi və İran məhkəmə sistemi məsuliyyət daşıyır.

Qeyd edək ki, noyabrın 12-də təhlükəsizlik məmurları məhkəmə hökmü olmadan təbrizli fəalın evinə basqın edib, axtarış aparıb və onun şəxsi əşyalarını müsadirə edilər. 

Son dəfə noyabrın 19-da həbs edilən ictimai fəal və siyasi məhbus Yaşar Təbrizi, bundan əvvəl də bir neçə dəfə məhkumluq dövrü yaşayıb.

O, "milli təhlükəsizliyə zərbə vurmaq" və "xarici ölkələrlə əlaqə qurmaq"da günahlandırılır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar