SON XƏBƏRLƏR

Əsəd rejiminin nümayəndələri silahlarını təslim edir

2024.12.23, 15:14
Əsəd rejiminin nümayəndələri silahlarını təslim edir

Suriyanın paytaxtı Dəməşqin Mezze bölgəsindəki işə qəbul məntəqəsi yeni administrasiya tərəfindən şəxsiyyətin təsbit edilməsi mərkəzi kimi istifadə edilir. Çoxlu insan məntəqənin qarşısında növbə gözləyir. Növbəyə yazılanlar adları oxunduqdan sonra içəri buraxılırlar.

Gunaz.tv

GünazTV Anadolu Agentliyinə istinadla xəbər verir ki, mərkəzin girişində növbə gözləyənlər əllərində silah varsa, əvvəlcə onları kənara qoyub Bəşər Əsədin şəkli olan tablonun üzərinə ayaq basaraq binaya daxil olurlar.

İçəridə Suriyanın yeni administrasiyasının nümayəndələri insanların kimlik məlumatları, harada yaşadıqları və rejim dövründə tutduqları mövqelərin qeydlərini aparırlar. Çıxış zamanı onlara verilən sənədlərlə birlikdə fotoşəkilləri çəkilir.

 

07%2F15%2F08%2FAA-36559350.jpg

 

Bildirilir ki, qeydiyyatdan keçənlərə üç ay müddətinə yeni şəxsiyyət vəsiqəsi verilir ki, onlar təhlükəsiz şəkildə ölkə daxilində hərəkət edə bilsinlər.

Suriyada müvəqqəti administrasiyanın Daxili İşlər Nazirliyinin Dəməşqdə açdığı “müəyyənləşdirmə və barışıq” mərkəzlərindən məsul zabit Vəlid Abdurabu Anadolu Agentliyinin müxbirinə bildirib ki, bu mərkəzlər hərbçilər, polis, ordu və təhlükəsizlik bürokratiyasının əməkdaşları üçün istifadə olunur. Bu mərkəzin rejim ordusunun nümayəndələri özlərini təslim etmələri üçün qurulduğunu bildirdi.

 

07%2F15%2F08%2FAA-36559351.jpg

 

İndiyə qədər Dəməşqdəki hər mərkəzə gündə təxminən 1200-1500 adamın müraciət etdiyini bildirən Abdurabu əlavə etdi ki, "Rejim ünsürləri və burada çalışanlar əllərində qan olmasa, vaxtında işlərinə və normal həyatlarına qayıda bilərlər. Bura gələnlər Suriya xalqının övladlarıdır. Bu insanların bəziləri silahlarını xalqa qarşı istifadə etdi, rejim onlara qeyri-məhdud güc verdi. Biz yeni səhifə açmaq və yeni Suriya qurmaq istəyirik. Rejimin bütün silahlı ünsürlərinə səslənirəm: Onlar “kimliyin müəyyənləşdirilməsi və barışıq” mərkəzinə gəlib silahlarını yerə qoysunlar ki, bu fürsəti əldən verməsinlər".

 

 

07%2F15%2F08%2FAA-36559458.jpg

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar