SON XƏBƏRLƏR

Həbsdə olan təbrizli fəalın evində axtarış aparılıb

2024.12.24, 10:46
Həbsdə olan təbrizli fəalın evində axtarış aparılıb

Təhlükəsizlik məmurları hazırda həbsdə olan azərbaycanlı milli fəal Nima Radmənişin atasının evində axtarış aparıb və onun şəxsi əşyalarının bir qismini müsadirə edib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, axtarış zamanı onun mobil telefonu, kitabları vəbaşqa əşyaları götürülüb.

Qeyd edək ki, dekabrın 16-də SEPAH-ın kəşfiyyat bölməsinin məmurları Təbrizdə iki milli fəalı, Nima Radməneş və Hüseyn İsmayılzadənin yaşadığı evə hücum edib, onları özləri ilə aparıblar.

Fəalların ittihamları və harada saxlanıldıqları barədə ailələrinə məlumat verilməsə də, onların Təbrizdə təhlükəsizlik idarəsinin istintaq təcridxanasında saxlanıldıqları ehtimal edilir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar