SON XƏBƏRLƏR

Mərkəzi Bank İranın iqtisadi artımının təxminən iki dəfə azaldığını açıqlayıb

2024.12.24, 11:25
Mərkəzi Bank İranın iqtisadi artımının təxminən iki dəfə azaldığını açıqlayıb

İran Mərkəzi Bankının iqtisadiyyatının yeni statistikası göstərir ki, bu ilin birinci yarısında ÜDM-in artımı ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə azalıb.

Gunaz.tv

Mərkəzi Bankın statistikasına əsasən, ötən ilin birinci yarısında ölkədə iqtisadi artım 5,3% olubsa, bu ilin 6 ayında 2,9%-ə qədər azalıb.

Mərkəzi bankın statistikasında mühüm məqam ondan ibarətdir ki, son iki ildə ölkənin iqtisadi artımı birbaşa olaraq insanların güzəranı ilə bağlı olan xidmətlər, sənaye, kənd təsərrüfatı və digər sahələrin deyil, əsasən neft ixracının artımı hesabına baş verib.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, İranın iqtisadi artım tempi bu ildən etibarən 5 il ərzində davamlı olaraq azalacaq və 2%-ə düşəcək.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar