GünazTV Anadolu Agentliyinə istinadən xəbər verir ki, Sednaya Həbsxanada Məhbuslar və İtkin Şəxslər Dərnəyinin təsisçilərindən olan Riyad Avlar Agentliyin müxbirinə bildirib ki, dərnək 2017-ci ildə Suriya həbsxanalarında olanlarla bağlı iki məlumat bazası yaradıb və həbsdə olanların ailələri ilə görüşlər keçirib.
Suriyada həbsdən çıxan şəxslər və ailələri ilə telefonları vasitəsilə video zənglər etdiklərini izah edən Avlar açıqlaması zamanı bildirib ki, "Türkiyədə ailələr bizə müraciət etməyə başlayıb və 4 mindən çox müraciət var. Biz bu məlumat bazalarında olan məsələləri araşdırırıq."