SON XƏBƏRLƏR

Pezeşkian İlham Əliyevə başsağlığı verdi

2024.12.25, 14:29
Pezeşkian İlham Əliyevə başsağlığı verdi

İran Prezidenti Məsud Pezeşkian təyyarə qəzası nəticəsində bir sıra Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə və xalqına başsağlığı verib.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

"Azərbaycan Respublikasının təyyarəsinin qəza xəbəri təəssüfləndirdi. Zati-alilərinizə və əziz Azərbaycan Respublikasının xalqına, xüsusilə də həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, Ulu Tanrıdan həlak olanlara rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm",- Pezeşkian başsağlığı mesajında bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar