SON XƏBƏRLƏR

Kərəcdə məhbus intihar etdi

2024.12.26, 11:23
Kərəcdə məhbus intihar etdi

Kərəc şəhərinin Qızılhisar həbsxanasında saxlanılan Məhəmməd Köşki adlı məhbus intihar edib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, o, çox sayda həb udaraq həyatına son qoyub.

Məhbusun həbsxana rəhbərliyi və nəzarətçilərin təzyiqləri və saxlanma şəraitinin ağırlığına görə özünə qəsd etdiyi bildirilib.

Qeyd edək ki, bundan əvvəl Beynəlxalq Əfv Təşkilatı İran həbsxanaları ilə bağlı yaydığı 108 səhifəlik hesabatda İranda məhbusların saxlanma şəraitinin dözülməz olduğunu bildirib.

GünazTV 
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar