SON XƏBƏRLƏR

Salehi Azərbaycanın Bağdaddakı səfirliyində oldu

2024.12.26, 14:36
Salehi Azərbaycanın Bağdaddakı səfirliyində oldu

İraq türkmanları parlament qrupunun rəhbəri Ərşad Salehi AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı Azərbaycanın Bağdaddakı səfirliyini ziyarət edib.

Gunaz.tv

Bu barədə məlumat Ə.Salehinin sosial şəbəkə hesabında paylaşılıb.

O, səfirlikdəki xatirə dəftərində qeydlərini yazaraq Azərbaycan xalqına başsağlığı verib, qəza nəticəsində həlak olanlara Allahdan rəhmət diləyib, yaralılara tezliklə sağalmalarını arzulayıb.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar