SON XƏBƏRLƏR

İran Ukrayna üçün də təhlükədir - Nazir

2024.12.27, 10:46
İran Ukrayna üçün də təhlükədir - Nazir

İsrailin xarici işlər naziri Gideon Saar, ukraynalı həmkarı Andrey Sibiha ilə telefon dnışığı zamanı İran təhlükəsinə də toxunub.

Gunaz.tv

Bu barədə o, özünün X hesabında məlumat paylaşıb.

O, Tel-Əviv və Kiyev arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümü münasibətilə telefon danışığında İsrailin husilərin təcavüzünə qarşı hərbi və diplomatik addımlarını və İran təhdidini müzakirə edib.

"İran hər iki ölkə üçün təhlükədir. Mən Ukrayna parlamentində İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatı kimi tanınmasının vacibliyini vurğuladım",- Gideon Saar qeyd edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar