SON XƏBƏRLƏR

Ön Asiyanın ən böyük qızıl mədəni yerləşən Zərşuran kəndinə gedən yollar bağlanıb

2024.12.31, 12:18
Ön Asiyanın ən böyük qızıl mədəni yerləşən Zərşuran kəndinə gedən yollar bağlanıb

Tikantəpə şəhərinə bağlı olan, Ön Asiyanın ən böyük qızıl mədəni yerləşən Zərşuran kəndinə gedən yollar qar yağması səbəbindən bağlanıb.

Gunaz.tv

Bu barədə sosial mediada məlumat yayılıb.

Qarda ilişib qalan bəzi vətəndaşların sözlərinə görə onlar hökumət rəsmilərinə zəng edərək yardım istəsələr də onlara cavab verən olmayıb.

Vətəndaşların sözlərinə görə, dövlət qızıl mədənlərini aramsız talasa da sakinlərin normal yaşamasına gərəkli olan heç bir sosial və infrastruktur layihəsi həyata keçirmir.

Mədənlərdən əldə edilən qızl isə həmişə olduğu kimi yalnız farsların çoxluq olduğu bölgələrin inkişaf etdirilməsi üçün xərclənir. Buna qarşılıq olaraq Azərbaycanda, Tikantəpədə isə insanlar yoxsulluq səviyyəsinin altında yaşamağa davam edir.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar