SON XƏBƏRLƏR

Urmulu müəllimlər etiraz aksiyası keçiriblər

2025.01.01, 12:13
Urmulu müəllimlər etiraz aksiyası keçiriblər

Bu gün səhər saatlarında Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində müəllimlər etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Bu barədə onlar sosial media şəbəkəsində məlumat və videolar yayıblar.

Əyalətin Təhsil İdarəsində keçirilən iclasda hüquqlarının tələb edən təqaüdə çıxmış müəllimlərin bir qrupu zaldan çıxarılıb.

Bundan sonra idarənin həyətinə toplaşan müəllimlər çıxış edib, təqaüd haqlarının ödənilmədiyini bildiriblər.

Onlar əmək haqlarından əlavə, qanunla nəzərdə tutulan başqa hüquqlarından da məhrum edildiklərinə diqqət çəkiblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar