SON XƏBƏRLƏR

İranda yol qəzaları qurbanlarının sayı açıqlandı

2025.01.04, 10:33
İranda yol qəzaları qurbanlarının sayı açıqlandı

İranda yol-nəqliyyat hadisələri qurbanlarının sayı son 10 ildə ən yüksək həddə çatıb.

Gunaz.tv

Bu barədə İran Tibbi Ekspertiza Mərkəzinin başçısı Abbas Məscidi məlumat verib.

"Təssüflə ötən il yol qəzalarında ölənlərin sayı son 10 ilin ən yüksək göstəricisi olub və 20 min nəfər yol-nəqliyyat hadisəərində həyatını itirib",- o bildirib.

Məscidi, İranda ölümlə nəticələnən qəzaların sayını azaltmaq üçün yolların və avtomobillərin təhlükəsizliyinin təmin edilməsinə çağırıb.

İran Yol Polisi İdarəsinin sədr müavini Siyavuş Mühibbi isə hər gün ölkədə baş verən yol qəzalarında 45-50 nəfərin həlak olduğunu və 1000 nəfərin yaralandığını söyləyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar