SON XƏBƏRLƏR

Qasım Süleymaniyə görə İraqda 3 nəfər həbs edildi

2025.01.04, 13:13
Qasım Süleymaniyə görə İraqda 3 nəfər həbs edildi

İraqın paytaxtı Bağdad şəhərində Qasım Süleymaniyə görə 3 nəfər həbs edilib.

Gunaz.tv

Bu barədə İrana bağlı qüvvələrin İraqda olmasına müxalifliyi ilə tanınan siyasi fəal Qeyd Əl-Təmimi məlumat yayıb.

Onun sözlərinə görə oğlu və başqa iki nəfər Qasım Süleymaninin fotosu üzərinə İraq bayrağını yapşdırdıqlarına görə həbs ediliblər.

"İraq bayrağını istənilən yerə yapşdırmaq hər kəsin qanuni haqqıdır və buna görə həbs qanunsuzluqdur",- Əl-Təmimi deyib.

Son günlər İranın Bağdaddakı səfirliyi və Tehrana bağlı qrupların İraqda Qasım Süleymanini ildönümü mərasimini keçirmələri narazılıqlarla qarşılaşıb.

Xüsusən iraqlı müxaliflər bunu İranın İraqda siyasi-ideoloji təbliğatını davam etdirməsi kimi qiymətləndirib və pisləyiblər.

Qeyd edək ki, SEPAH-ın Qüds qüvvələrinin komandiri Qaım Süleymani və onunla birlikdə olan bir neçə silahlı qruplaşma üzvləri 2020-ci il yanvarın 3-ü, gecə saat 01:20 radələrində Bağdadın hava limanı yaxınlığında Amerikanın hərbi hava  qüvvələrinin raket hücumu nəticəsində öldürülüb.

Qasım Süleymaniyə və digər terrorçulara qarşı hücum, ABŞ-ın vaxtkı prezidenti Donald Trampın birbaşa əmri və göstərişi ilə gerçəklşdirilib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar