SON XƏBƏRLƏR

İran buna görə hərbi təlimlərin sayını artırıb

2025.01.07, 10:13
İran buna görə hərbi təlimlərin sayını artırıb

İran hərbi qüvvələri 2025-ci ildə illik təlimlərin sayını təxminən iki dəfə artırıb. Bu, İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini vəd edən ABŞ prezidenti Donald Trampın hakimiyyətə gəlməsindən əvvəl baş verib.

Gunaz.tv

Bu barədə “Financial Times” SEPAH nümayəndəsi general Əli Məhəmməd Nainiyə istinadən bildirib.

"Bu il təlimlərin sayı təhdidlərin dəyişən mənzərəsinə cavab olaraq keçən illə müqayisədə təxminən iki dəfə artıb", – general nəşrə deyib.

O, iki gün öncə ölkənin altı qərb və cənub əyalətində təxminən 30 quru, hava və dəniz təliminin başladığını açıqlayıb. Təlimlər martın ortalarına qədər davam edəcək.

Qəzet qeyd edib ki, bu təlimlər "yeni təhdidlərə" qarşı mübarizəyə yönəlib, lakin konkret detallar açıqlanmayıb.

Qeyd edək ki, iki gün əvvəl "Wall Street Journal" qəzeti Donald Tramp komandasının İrana qarşı yeni sanksiyalar və hücum variantları üzərində işlədiyini yazıb.

Bununla eyni vaxtda bəzi ekspertlər bildiriblər ki, İranın son həftələr keçirdiyi davamlı təlimlər Trampın andiçmə mərasimindən sonra İranın nüvə və hərbi obyektlərinə hücum ehtimalı təhlükəsinə görədir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar