SON XƏBƏRLƏR

Moldova Rusiyanı Dnestryanıda vəziyyəti gərginləşdirməkdə ittiham edir

2025.01.07, 14:22
Moldova Rusiyanı Dnestryanıda vəziyyəti gərginləşdirməkdə ittiham edir

Yeni ilin ilk günündə Rusiyadan Moldovanın rusyönümlü separatçı ərazilərinə qaz nəqli dayandırılıb. Moldovanın baş naziri Dorin Receanın fikrincə bu hərəkətlə Kreml Kişinyovda Avropayönlü hökumətin sabitliyini pozmağa çalışır.

Gunaz.tv

Təchizatın kəsilməsi bölgənin 450 min sakini üçün ağır vəziyyət yaradıb, nəticədə onlar qış aylarında istilikdən məhrum qalıblar. Üstəlik yerli hakimiyyət orqanlarının elektrik enerjisini kəsməsi isə böhranlı vəziyyəti daha da kəskinləşdirib.

Məlumata görə, Kişinyov hökuməti kömək təklif etsə də Dnestryanı rəsmilər yardım təklifini rədd ediblər.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar