SON XƏBƏRLƏR

Xiyavda evlər xəsarət alıb - İran mediası da təsdiq etdi

2025.01.07, 16:29
Xiyavda evlər xəsarət alıb - İran mediası da təsdiq etdi

Ərdəbil əyalətinin Xiyav (Meşginşəhər) şəhəri yaxınlığında yerləşən mis mədənində həyata keçirilən partlayışlar Cəbdərə və Ağdərə kəndlərinin sakinlərinə ziyan vurub.

Gunaz.tv

Bu barədə İranın ""Mehr xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, qeyri-standart istismar və güclü partlayışlar nəticəsində adı çəkilən kəndlərdəki evlər və ictimai binalarda çatlar əmələ gəlib, uçmaq təhlükəsi yaranıb

Məsələ ilə bağlı Cəbdərə kəndinin sakinlərinin keçirdiyi etiraz aksiyasında 3 nəfər həbs edilib.

İranın rəsmi mediası məsələni işıqlandırmasa da, etirazların artması və hadisənin xarici və sosial mediada yayılmasından sonra bununla bağlı məlumat dərc etməyə başlayıb.

Qeyd edək ki, Xiyavın şimalında, Ağdərə, Cəbdərə və Toğanaq kəndləri ərazilərində yerləşən mis mədəninin illik hasilatı 14 min ton civarındadır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar