SON XƏBƏRLƏR

Avropa İttifaqı Rusiyanı Moldovada qazı təzyiq vasitəsi kimi istifadə etdiyinə görə tənqid edib

2025.01.08, 13:57
Avropa İttifaqı Rusiyanı Moldovada qazı təzyiq vasitəsi kimi istifadə etdiyinə görə tənqid edib

Moskva qaz tranzitini dayandırdığına görə Ukraynanı, maliyyə problemlərinə görə isə Moldovanı günahlandırır. Kişinyov isə Rusiyanı qarşıdan gələn seçkilərə təsir etmək istədiyini bildirir.

Gunaz.tv

Avropa Birliyinin xarici siyasət rəhbəri Rusiyanı qazı Moldovaya qarşı təzyiq vasitəsi kimi istifadə etməkdə ittiham edib.

"Rusiya bu kiçik cənub-şərqi Avropa ölkəsinə qarşı hibrid müharibə aparmaq üçün qazdan silah kimi istifadə edir." - deyə Kaja Kallas özünün X hesabında yazıb.

Qeyd edək ki, Moskva ilə güclü əlaqələri olan Moldovanın separatçı Dnestryanı bölgəsi Kişinyov və Rusiyanın dövlət qaz nəhəngi Qazprom arasında maliyyə mübahisəsi yaşamasının fonunda ilin əvvəlindən qazsız qalıb.

Moldova hökuməti böhranın günahını Qazpromda görür. Hökumət rəsmiləri Qazpromun müqaviləyə əsasən razılaşdırılmış qazı Dnestryanıya alternativ və sınaqdan keçmiş Transbalkan marşrutu ilə tədarük etməkdən imtina etdiyini bildirib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar