SON XƏBƏRLƏR

Tramp: Putinlə görüşə hazırlıq işləri görülür

2025.01.10, 12:16
Tramp: Putinlə görüşə hazırlıq işləri görülür

ABŞ-nin yeni prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin onunla görüşmək istədiyini və hazırda bu görüşə hazırlıq getdiyini bildirib.

Gunaz.tv

GünazTV xəbər verir ki, Donald Tramp bunu Floridadakı Mar-a-Laqo iqamətgahında qubernatorlarla görüşdən əvvəl bildirib.

Tramp görüşün nə vaxt keçiriləcəyini açıqlamayıb.

“O, görüşmək istəyir və biz bunu təşkil edirik. Çox sayda insanla bir çox görüşlərimiz planlaşdırılıb, amma mən 20 yanvara qədər gözləyərdim”, – Tramp qeyd edib.

Onunla Putin və Çin lideri Si Szinpin arasında üçtərəfli görüşün mümkün olub-olmaması ilə bağlı suala isə Tramp bunun daha sonra müəyyənləşəcəyini bildirib.

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar