SON XƏBƏRLƏR

Qüvvələrimiz təlimdə iştirakdan imtina etdi - SEPAH komandiri

2025.01.11, 13:43
Qüvvələrimiz təlimdə iştirakdan imtina etdi - SEPAH komandiri

Bəşar Əsədin devrilməsindən və baş verən proseslərdən sonra bir çox SEPAH və "Bəsic" üzvü təlimdə iştirak etmək dəvətini qəbul etməkdən imtina edib.

Gunaz.tv

‌Bu barədə SEPAH-ın Terandakı Məhəmməd Rəsulallah Qərargahının komandiri Həsən Həsənzadə deyib.

“Təəssüflə "Bəsic" və İran İslam İnqilabı Keşikçiləri Korpusunda olmaq şərəfinə nail olmuş bir çox dostlar ya müxtəlif səbəblərdən üzr istəyiblər, ya da hələ ki, qəti cavab verməyiblər. Bu, Suriyadakı hadisələrdən sonra artdığını müşahidə etdiyimiz bir prosesdir”,- o bildirib.

Qeyd edək ki, yanvarın 10-da SEPAH və ona bağlı "Bəsic" (könüllülər ordusu) paytaxta qarşı yarana biləcək hər hansı təhlükə ilə mübarizə aparmaq məqsədilə 110 min nəfərlik təlim keçirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar