SON XƏBƏRLƏR

Xameneinin qəzeti Pezeşkianı tənqid etdi - NBC ilə müsahibə rəhbərin siyasətinə ziddir

2025.01.16, 11:26
Xameneinin qəzeti Pezeşkianı tənqid etdi - NBC ilə müsahibə rəhbərin siyasətinə ziddir

Əli Xameneinin ofisinə bağlı olan "Keyhan" qəzeti Prezident Məsud Pezeşkianın NBC telekanalına müsahibə verməsini “qəribə və düşündürücü” adlandırıb və bunu “ziddiyyətli mövqelərin davam etdirilməsinin, sistemin və liderin ümumi siyasətləri ilə ziddiyyətin” bir hissəsi olduğunu yazıb.

Gunaz.tv

Bu barədə qəzetin 15 yanvar sayında material dərc olunub.

"Xarici İşlər Nazirliyi və nazirin özü sistemin xarici siyasətinin prinsiplərinə əsaslanan inqilabi mövqelər qəbul edib, ancaq hökumətin və prezidentin xarici siyasəti... Ruhani hökumətinin əməllərini təkrarlamağa çalışır",- "Keyhan" yazıb.

BQəzet, Pezeşkianın Prezident seçilməsindən sonra da Amerikanın İrana qarşı sanksiyalar tətbiq etməsinə diqqət çəkən qəzet, belə bir vəziyyətdə onun Amerika telekanalına müsahbə verərək, Qərblə danışıqların mümkünlüyü barədə fikirlər səsləndirməsini tənqid edib.

"Bu, sistemin mövqelərində ikililiyi və sistemin ümumi yanaşması ilə hökumətin siyasəti arasındakı fərqin olduğunu göstərməklə yanaşı, hökumətlə Xarici İşlər Nazirliyi arasında ikili siyasətin olduğunun başqa bir növünü də nümayiş etdirir",- "Keyhan" əlavə edib.

Qeyd edək ki, “Keyhan”ın baş redaktoru radikal mövqeyi ilə tanınan Hüseyn Şəriətmədari birbaşa Əli Xameneinin göstərişi ilə bu vəzifəyə təyin olunub. 

Burada gedən yazılar İranın rəhbəri Əli Xameneinin başçılıq etdiyi mühafizəkar qanadın - SEPAH və ETTELAAT-ın mövqeyini əks etdirir. 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar