SON XƏBƏRLƏR

SEPAH daha 15 bəlucu həbs etdi

2025.01.17, 12:06
SEPAH daha 15 bəlucu həbs etdi

SEPAH Sistan və Bəlucistan əyalətində keçirdiyi əməliyyat nəticəsində 15 bəlucu həbs edib.

Gunaz.tv

Bu barədə SEPAH-a bağlı "Təsnim" xəbər agentliyi məlumat yayıb.

Məlumatda həbs olunan şəxslərin təxribata hazırlaşdıqları iddia olunub.

"SEPAH quru qüvvələrinin döyüş helikopterləri və pilotsuz uçuş aparatlarının dəstəyi ilə keçirilən əməliyyat nəticəsində 15 nəfər saxlanılıb",- məlumatda bildirilib.

"Təsnim" həbs edilən şəxsləri "terrorçu" adlandırıb və onlardan çox sayda silah və sursat götürüldüyü yazıb.

Həbs edilənlərin kimliyi və hansı təşkilata mənsub olduqları barədə məlumat verilməyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Sistanvə Bəluçistanda 38 bəluc həbs edilib, onlardan yalnız 12-nin kimliyini müəyyənləşdrmək mümkün olub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar